Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mənzil-qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının Əsasnamə layihəsi və digər sənədlər müzakirə edilərək qəbul olunub. Bu haqda məlumatı MİA-ya KXCP-nin mətbuat xidməti verib. Hərəkatın təsis yığıncağı sabah KXCP-nin mənzil-qərargahında keçiriləcək. Qeyd edək ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azadlıq Partiyası, Liberal Demoakrat Partiyası və Açıq Cəmiyyət Partiyası təmsil olunur.