Suriyanın yeni konstitusiyası üzrə referendum martda, parlament seçkiləri isə təxminən may-iyun aylarında keçirilə bilər. Bu barədə Suriya Prezidenti Bəşər Əsəd bildirib. Onun sözlərinə görə, hakimiyyət sabahdan etibarən belə, müxalifətlə danışıqlar aparmağa hazırdır, lakin müxalifət buna hazır deyil. Suriya 9 ay yarımdır ki, getdikcə zorakılıq xarakteri alan hökumət əleyhinə aksiyalar şəraitində yaşayır. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir. Onlar bunun təqsirini xaricdən dəstək alan silahlılarda görürlər.