Azərbaycan neft hasilatını artıra bilər
Azərbaycanda neft hasilatının həcmi ildə 60-65 milyon tona çata bilər. Bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru Akif Əlizadə deyib.
?Azərbaycanın neft-qaz yataqları olduqca çoxdur. Hazırda Azərbaycan ildə 50 milyon ton neft istehsal edir. Güman edirəm ki, bu rəqəm saxlanılacaq. Bəlkə də 60-65 milyon tona çata bilər?, - A.Əlizadə əlavə edib. ?Cənub Xəzər hövzəsinin geoloji tektonik quruluş tarixinin təhlili göstərir ki, burada neft-qaz yataqları olduqca çoxdur?.
A.Əlizadə bildirib ki, qarşıdakı illərdə onların kəşfiyyatının aparılması nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19