Bu gün Azərbaycan İslam Partiyası (AİP) növbəti Baş Məclisini keçirib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, tədbirdə 2011-ci ilin yekunları və 2012-ci il üçün əsas fəaliyyət istiqamətləri, ölkədəki ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən hadisələr haqda müzakirələr aparılıb. Sonra zona əlaqələndiricilərinin hesabatı dinlənilib. Baş Məclis 2012-ci ildə növbəti qurultayın keçirilməsi haqqında qərar qəbul edib. Qeyd edək ki, bu il AİP-in fəaliyyət müddətinin 20 ili tamam olacaq. Bu münasibətlə də geniş tədbirlər keçirilməsi Baş Məclis tərəfindən təklif olunub.