Bu gün Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında bir neçə partiya sədrinin iştirakı ilə toplantı keçirilib. KXCP-nin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev və Azadlıq Partiyasının sədri Əhməd Oruc iştirak ediblər. Yığıncaqda Hərəkatın yaradılması ilə bağlı qərar qəbul olunub. Növbəti toplantı 2012-ci il yanvar ayının 9-da keçiriləcək.