Sülhəddin Əkbər xalqa təbrik ünvanlayıb
Avro-Atalantik Şuranın sədri Sülhəddin Əkbər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibətilə xalqa təbrik ünvanlayıb.
Əziz həmvətənlər!
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni il münasibətilə təbrik edir, hər birinizə can sağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.
Dünyamız sürətlə dəyişir. Yenidən tarix səhnəsinə çıxan xalqlar ortaya iradə qoyur, təbii haqlarını istəyir, azadlıq və ədalət uğrunda, öz övladları üçün daha yaxşı gələcək uğrunda mübarizə aparır. Qonşu regionlarda gedən böyük dəyişikliklərin rüzgarı artıq bizim bölgəmizə də çatıb. Bölgəmiz də, o taylı, bu taylı Azərbaycan da böyük dəyişikliklər astanasındadır. Bu günlərdə bütün Dünya Azərbaycanlılarının həmrəyliyə, birlik və bərabərliyə daha çox ehtiyacı var. İnanıram ki, bir olan vətənimiz bu tarixi sınaqlardan uğurla çıxacaq. Azadlığa, demokratiyaya və sosial rifaha qovuşan Azərbaycan dünyada, Avropa ailəsində öz layiqli yerini gec də olsa alacaq.
Əziz həmvətənlər, bacı və qardaşlarım !
Qarşıdan gələn yeni ilin bütün millətimiz və dövlətimiz üçün xeyirli və uğurlu olmasını, bu ilin Sizlər və ailələriniz üçün xeyir, bərəkət və hüzur gətirməsini diləyirəm.
Tanrı millətimizi və dövlətimizi qorusun ! Amin.
Hörmətlə, Sülhəddin Əkbər, Avro-Atalantik Şuranın sədri.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51