Azərbaycanın ?Nərimanfilm? kinostudiyasının istehsalı olan ?Sahə? (The Precinct) bədii filmi (ssenari müəllifi və rejissor İlqar Safat) ABŞ-dakı ?2011 California Film Awards?ın qızıl mükafat nominantları sırasına daxil olub. Kinostudiyadan ANS PRESS-ə verilən məlumata görə, məşhur yarışmada Azərbaycanla yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Argentina və digər dövlətlərin kinematoqrafiya işləri də iştirak edəcək. ?2011 California Film Awards?in təntənəli mükafatlandırma mərasimi 2012-ci ilin yanvarın 28-də Kaliforniyanın San-Diyeqo şəhərində olacaq. Bu mərasim zamanı ?2011 California Film Awards?ın bütün qaliblərinin adları acıqlanacaq.