KXCP-nin təklifləri var
KXCP Türkiyə Cümhuriyyətinin Fransa parlamentinə etiraz mövqeyini dəstəkləyən bəyanat qəbul edib. MİA-ya daxil olan bəyanatda deyilir: ? Fransa parlamentinin aşağı palatasının qondarma erməni soyqırımını tanımayanlara qarşı cəza tətbiq etmə ?qərarı? Fransanın özünə və Avropa dəyərlərinə qarşıdır. Bu addım Fransanın antitürk olduğunun göstəricisidir. 577 üzvdən 50-sinin qatıldığı, onun da 38-nin dəstəklədiyi bu qurumun qərarını kəskin pisləyirik. Fransasayağı demokratiya öz daxili işləridir deyirik. Tarixi bilmək, bilməyənlərə öyrətmək, öyrənmək istəməyənləri isə siyasi-iqtisadi sanksiyalarla- mövcud metodlarla cəzalandırmaq gərəkdir?.
KXCP Türkiyə Cümhuriyyətinin bu istiqamətdə atdığı bütün addımları dəstəkləyir. Azərbaycan-Fransa münasibətlərinin mövcud reallıqlara uyğun olmadığını pisləyir. Azərbaycan XİN-nin bəyanatı Türkiyə Cümhuriyyətinin mövqeyini müdafiə deyil, Fransanın ?qəbul etdiyi qərarı? dolayısıyla təqdir etməkdir.
Partiyanın bununla bağlı təklifləri də var: Bu yaxınlarda Sarkozi tərəfindən Fransanın legion ordeni ilə təltif edilmiş hörmətli Mehriban xanım Əliyeva etiraz əlaməti olaraq ordendən imtina etsin.
KXCP Azərbaycan hakimiyyətindən tələb edir ki, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun fəaliyyətinə xitam verilsin. Azərbaycanın tələbiylə Fransa ATƏT-in Minsk qrupu həmsədrliyindən çıxarılsın. Azərbaycan ilə Fransa arasında olan iqtisadi, siyasi mədəni münasibətlərə və əlaqələrə son verilsin. Bütün bu tədbirlər Azərbaycan-Türkiyə birliyinin möhkəmliyi və Azərbaycan problemlərinin həlli yolunda mühüm addım olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51