Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Fransa Milli Assambleyasının qondarma ?erməni soyqırımı?nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun qəbul etməsinə etiraz olaraq bu ölkənin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiyada ?Fransa Minsk Qrupundan çıxarılsın?, ?Ermənistan ? işğalçı, Fransa- yalançı? və digər şüarlar səsləndiriblər. Piketdə çıxış edən QAT fəalları Azərbaycandakı Fransa səfirliyinin bağlanmasını və bu ölkənin vasitəçiliyindən imtina etməyi təklif ediblər. Piket iştirakçıları həmçinin Fransa prezidenti əleyhinə şüarlar da səsləndiriblər. Polis aksiyaya müdaxilə etməyib.