Fransada qondarma erməni soyqırımının inkarını qadağan edən qanun qəbul edildi
Fransa parlamentinin aşağı palatasının iclasında qondarma erməni soyqırımının tanınmasının inkar edilməsini qadağan edən qanun layihəsi qəbul olundu. Aşağı palatada aparılan səsvermə zamanı layihə 19 əleyhinə, 106 lehinə olmaqla təsdiqlənib. Qanun layihəsinə görə, qondarma erməni soyqrımını inkar etmək cinayət hesab ediləcək və bu qanunu pozanlara 1 ilə qədər həbs və ya 45 min avro cərimə tətbiq ediləcək.
Bundan sonra qanun layihəsi Fransa parlementinin yuxarı palatası olan Senata, daha sonra yenidən Aşağı palataya göndəriləcək. Yenidən qəbul olunacağı təqdirdə qanun layihəsi imzalanması üçün Fransa prezidentinə təqdim ediləcək. Layihənin Senata nə vaxt göndəriləcəyini isə Fransa hökuməti müyyənləşdirəcək.
Qeyd edək ki, Fransa 2001-ci ildə qəbul edilən qanunla qondarma erməni soyqrımını tanıyıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50