iqbal Ağazadə Türkiyəyə iclasa getdi
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Türkiyənin paytaxtı Ankara şəhərində TÜRKPA-nın iclasında iştirak etmək üçün qardaş ölkədə səfərdədir.
Partiyanın mətbuat xidmətindən mia-ya daxil olan məlumata görə, ?TÜRKPA-ya üzv olan dövlətlərin milli parlamentlərinin və parlamentarilərin konstitusiya sistemində funksiyası, vəzifəsi və rolu? mövzusu müzakirə olunacaq. İclasda, quruma üzv dövlətlərin parlamentlərinin hüquq sahəsində qanunvericilik bazasının inkişafı və bu sahədə təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinə toxunulacaq, həmçinin quruma üzv ölkələr arasında daha sıx əlaqələrin yaradılması, əməkdaşlığın inkişafına mane ola biləcək hüquqi prosedur qaydaların aradan qaldırılması məsələləri müzakirə olunacaq.
Bundan başqa Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin müxtəlif partiyalarda və siyasət adamları ilə ikitərəfli görüşləri gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51