Elmar Məmmədyarov israil XiN-in baz katibi ilə görüzüb
Xarici İşlər Naziri Elmar Məmmədyarov İsrail Xarici İşlər Nazirliyinin Baş Katibi Rafael Barakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, israilli rəsmi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ilə bağlı Nazir Elmar Məmmədyarovu təbrik edib.
R.Barak iki ölkə arasında qurulmuş diplomatik münasibətlərin 20 il öncəyə söykəndiyini bildirərək, əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.
Nazir Azərbaycanla İsrail arasında əlaqələrin böyük potensiala malik olduğunu qeyd edərək, siyasi dialoqun davam etdirilməsinin vacibliyini bildirib.
Görüşdə Yaxın Şərq və Cənubi Qafqaz regionlarında cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50