Qarabağ Blokunun rəhbərliyi toplandı
Azərbaycan Demokrat Partiyası və Ümid partiyalarını birləşdirən Qarabağ siyasi Blokunun rəhbər heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icra vəziyyəti, ölkədə və dünyada ictimai siyasi vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda Azərbaycan Respublikası Prezidentinin dini fəaliyyətlə bağlı qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi haqqında sərəncamı ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edilməsi qərarlaşdırılıb. Belə ki, blokun rəhbərliyi belə hesab edir ki, adıçəkilən sərəncamla nəzərdə tutulan dəyişiliklər Respublika Konstitusiyasına ziddir və qanuni qüvvəyə minə bilməz. Daha sonra siyasi məhbuslar və bununla əlaqədar ölkəyə artan haqlı iradlar məsələsini müzakirə edən blok rəhbərliyi, bütün siyasi məhbuslara şamil olunacaq amnistiya qanununun qəbul olunması məsələsinin Qarabağ bloku adından parlamentdə qaldırılmasını millət vəkili İqbal Ağazadəyə həvalə edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51