TuranBank" yeni kredit cəlb edib
Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə aparılan danışıqların nəticəsi olaraq həmin təşkilat ?TuranBank?a 4 milyon ABŞ dolları məbləğində ticarətin maliyyələşdirilməsi üzrə kredit xətti ayırıb. ?TuranBank?ın mətbuat xidmətindən verilən məlumata görə, maliyyələşmə Qara Dəniz Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında ticarət dövriyyəsinin daha da artmasına yönəlib.
Bank hal-hazırda bir sıra beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir. Hazırda onların sıralarına Beynəlxalq Maliyyə Korporasiyası (İFC, Dünya Bankı qrupu), İslam İnkişaf Bankı (İCD) ilə yanaşı Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (İTFC, İslam İnkişaf Bankı qrupu), Aqrar Sektorun İnkişafı üzrə Beynəlxalq Fond (İFAD, Beynəlxalq İnkişaf Assosiasiyası (İDA, Dünya Bankı qrupu), WBC (ABŞ), OPIC (ABŞ), BCP (İsveçrə), ZiraatBank (Türkiyə), BankAsya (Türkiyə), ŞəkərBank (Türkiyə), MicroVest (ABŞ), Bank im Bistum Essen (Almaniya) və s. daxildir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19