Deputatın Facebook səhifəsi növbəti dəfə dağıdılıb
Millət vəkili Qənirə Paşayevanın Facebook sosial şəbəkədə rəsmi səhifəsi növbəti dəfə dağıdılıb. Deputat bildirib ki, bu gün səhər saat 7.26-da onun Facebook akauntuna kənar müdaxilə olub, akauntun parolu dəyişdirilib (bu haqda elektron poçta məktub gəlib), sonra isə elektron poçt ünvanı dəyişdirilib (onu elnaremilli@rambler.ru ilə əvəz ediblər). Bundan sonra isə millət vəkilinin Facebook-dakı rəsmi səhifəsi tamamilə dağıdılıb.
Qeyd edək ki, bu, Q.Paşayevanın səhifəsi üçüncü dəfədir hakerlər tərəfindən hücuma məruz qalır.
?Artıq bununla bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilib və məsələ araşdırılır?-deyə deputat bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51