Türkiyədə ?Kral? TV kanalı ?Türkiyəni 2012-ci ildə ?Eurovision?da kim təmsil etməli?? adlı telesorğu keçirib. 50 min adamın qatıldığı səsvermə nəticəsində səsi və görkəmiylə böyük maraq dairəsində olan müğənni Atiyə 1-ci yeri tutub. O, səsverənlərin 31 faizinin rəğbətini qazanıb. 28 faiz səslə ikinciliyi Murad Boz, 27 faiz səslə üçüncülüyü Hande Yener əldə edib. Dördüncü yeri 8 faiz səs qazanan Əmrə Aydın, beşinci yeri 6 fazi səs əldə edən Sagopa Kajmer tutub.