ilham Əliyev Putinə zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Baş naziri Vladimir Putinə telefonla zəng edib. Dövlət başçısı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə Vladimir Putini başçılıq etdiyi ?Yedinaya Rossiya? Partiyasının əldə etdiyi qələbə münasibətilə təbrik edib.
Rusiya Federasiyasının Baş naziri Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Baş nazir Vladimir Putin Yeni Azərbaycan Partiyası ilə ?Yedinaya Rossiya? Partiyası arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd ediblər.
Telefon söhbəti zamanı prezident İlham Əliyev və Baş naziri Vladimir Putin ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulamış və bu əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50