ilqar Altay irandan tədqiqat səfərindən qayıdıb
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay İran İslam Respublikasına etdiyi tədqiqat səfərindən qayıdıb.
Xəbər verdiyimiz kimi, müstəqil tədqiqatçının qonşu ölkəyə səfərinin məqsədi İrandan Azərbaycana yönəlmiş təhdidlərin mənbəyi, güneydəki soydaşlarımızın durumu və ümumiyyətlə, bu ölkədəki ictimai-siyasi vəziyyətin öyrənilməsi olub. İran səfəri ərəfəsində yazıçı-publisist Rafiq Tağının Bakıda qətlə yetirilməsi və vaxtilə onun ölümü barədə İran ruhanilərinin fətva verməsi, ölümündən sonra isə ayətullah Cavad Lənkəraninin müsəlman dünyasına təbrik ünvanlaması ilə bağlı məsələlərə aydınlıq gətirilməsi də səfərin məqsədlərinə daxil olub.
Səfərinin ilk günlərində İlqar Altay Tehranda İran hakimiyyəti tərəfdarlarının və dini qruplaşmaların Böyük Britaniyanın bu ölkədəki səfirliyinə basqınının şahidi olub, həmin insidenti müşahidə edərək, müəyyən faktlar toplayıb.
İlqar Altay səfər müddətində İranın ictimaiyyət nümayəndələri və Güney Azərbaycan Hərəkatı fəalları ilə də görüşmüş, dini lider Xameneinin və siyasi lider Ayətullah Kazım Seddiqinin dəftərxanasında olub, onların nümayəndələrilə görüşərək, müzakirələr aparıb.
Rafiq Tağının qətli məsələsi ilə əlaqədar İlqar Altay Tehrandan 100 kilometr aralıda yerləşən qədim dini mərkəz olan Qum şəhərinə səfər edərək, Ayətullah Lənkəraninin ofisində olmuş, yazıçı-publisist Rafiq Tağının ölümünə verilmiş fətva və ölümündən sonrakı təbrik bəyanatının həmin qətllə əlaqəliliyi barədə sorğu-sual aparmış və bu barədə müəyyən bilgilər əldə edib.
İ.Altay açıqlamasında deyib ki, əldə etdiyi bütün məlumatları və tədqiqat nəticələrini gələn həftə kütləvi informasiya vasitələrinə təqdim etməyi planlaşdırır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51