Türkiyə İrana etiraz notası göndərib. Nota İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik bölüyünün komandiri Əmir Əli Hacızadənin bəyanatı ilə bağlıdır. Bu barədə Türkiyə mətbuatı yazıb. Belə ki, o, açıqlamasında NATO-nun Türkiyə ərazisindəki raketdən müdafiə sistemlərinə zərbələr endirə biləcəklərini bildirmişdi. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının toplantısında iranlı həmkarı Əli Əkbər Salihi ilə də bu məsələni müzakirə edib. Salihi Hacızadənin açıqlamasının İranın rəsmi mövqeyi olmadığını bildirib.