Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan arasında görüş keçirilib. Vətəndaş və İnkişaf Partiyasından (VİP) mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, görüşdə ölkədəki ümumi vəziyyət və müxalifət qüvvələrinin inteqrasiya prosesi çərçivəsində KXCP, VİP və ALP-nin əməkdaşlıq məsələləri müzakirə olunub. Danışıqların gedişində bu üç partiyanın təmsil olunacağı təsisatın formalaşdırılması ilə bağlı məsələlərin müzakirəsi və həlli məqsədilə partiya təmsilçilərindən ibarət işçi qrupunun yaradılması qərara alınıb.