Avro-Atlantik Şuranın Sumqayıt şəhər təşkilatının təsis edilməsi ilə əlaqədar təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin üzvü Elşad Məmmədlinin verdiyi məlumata əsasən 04 dekabr 2011-ci il tarixdə Avro-Atlantik Şuranın Sumqayıt şəhər təşkilatının təsis yığıncağı keçiriləcək. Təsis yığıncağında seçkili qurumlar - sədr, idarə heyəti və NTK seçiləcək. Avro-Atlantik Şuranın Manifesti də qəbul olunacaq. Təşkilat komitəsinə daxil olan şəxslər aşağıdakılardır. 1. İlham Məmmədli. 2. Fəxrəddin Hüseyn. 3. Polad Məhərrəmli. 4. Akif Mehdi. 5. Bəhruz Əsədbəyli. 6. İmran Kərimli. 7. Natiq Əmiraslanlı. 8. Rauf İsmayıl. 9. Anar Fərəcbəyli. 10. Elşad Məmmədli.