Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Ermənistana gedib. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Allahşükür Paşazadə MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçiriləcək iclasına qatılacaq. Tədbirdə Moskva və bütün Rusiyanın patriarxı Kirill də iştirak edəcək. Rus patriarxının təşəbbüsü ilə İrəvanda Azərbaycan və Ermənistan ruhani rəhbərlərinin görüşü də gözlənilir. İrəvandakı tədbirin noyabrın 29-dan 30-dək davam edəcəyi bildirilir.