AiDP sədri: ?Nə qədər ki, Qərb və Rusiya bu məslədə mövqesizlik, riyakarlıq nümayiz etdirir, münaqizə uzanacaq?
?Bu günlərdə Qarabağın azərbaycanlı və erməni icmalarının Almaniyada planlaşdırılan görüşündən müsbət nə isə gözləmək mümkün deyil?. Bu fikirləri AİDP sədri Tahir Abbaslı deyib.
Onun sözlərinə görə, icmalar arası görüş üçün uyğun dövr seyil: ?Hesab edirəm ki, belə görüşlər danışıqlarda müəyyən nəticələr əldə olunduqdan sonra keçirilə bilər. İndiki məqamda heç bir əhəmiyyəti yoxdur və Azərbaycanın maqarlarına uyğun deyil. Hesab edirəm ki, bir müddət sonra Ermənistan bu görüşlərdən istifadə edərək Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakını daha kəskin şəkildə qoyacaq?.
Partiya sədri bildirdi ki, ATƏT-in Minsk qrupunun 17 illik fəaliyyəti heç bir nəticə vermədiyi halda xalq diplomatiyası fayda verməz: ?Xalq diplomatiyası o vaxt fayda verəcək ki, müəyyən razılaşma olsun. Bəllidir bu münaqişə böyük güclərə sərf edir. Bu güclər isə ATƏT-in Minsk qrupunda təmsil olunurlar. Onların indiyə qədər reallşdırmadığı bir prosesi iki icmanın gerçəkləşdirəcəyi mümkün görünmür: ?Nə qədər ki, Qərb və Rusiya bu məslədə mövqesizlik, riyakarlıq nümayiş etdirir, münaqişə uzanacaq?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51