Bələdiyyə seçkilərini 10 min müzahidəçi izləyəcək
Bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə əlaqədar qeydiyyatdan keçmiş müşahidəçilərin sayı açıqlanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, seçki dairələri üzrə 9863, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9903 nəfərdir.
Bələdiyyə seçkilərini izləmək üçün beynəlxalq müşahidəçilər tərəfindən müraciət olmayıb. Noyabrın 30-na təyin olunmuş seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567 namizəd qeydə alınıb. Lakin 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Qeydiyyatda qalan bələdiyyə üzvlüyünə namizədlərin sayı 1549-dur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51