Rəbiyyət Aslanova: "Belə halların qarzısını almaq dövlətin vəzifəsidir"
?Hər bir dövlət öz qanunları ilə idarə olunur. Azərbaycan dövləti də sivil, demokratik qanunlar əsasında idarə olunur və inkişaf edir?. Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.
R.Aslanova bildirib ki, hüquqi dövlətin ən vacib məsələsi qanunun aliliyi prinsipidir. Hüquqsuzluq, qanunsuzluq mühitinin yolverilməz olduğunu deyən komitə sədrinin sözlərinə görə, hansısa qüvvə qanunları pozmaqla öz məqsədlərinə çatmaq istəyirsə, belə halların qarşısını almaq dövlətin vəzifəsidir. O qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycandakı real vəziyyəti təhrif edir və məsələlərə öz maraqları baxımından yanaşırlar. R.Aslanova həmin təşkilatların ölkəmizdə insan hüquqları ilə bağlı vəziyyət haqqında rəylərini qeyri-obyektiv hesab edib.
?İnsan hüquq və azadlıqların təmin olunması dövlətimiz üçün prioritet məsələdir. Azərbaycan Konstitusiyasında olan müddəalar bu hüquqları təmin edir. Demokratik cəmiyyət o cəmiyyətdir ki, hər bir kəsin hüququ bərabər şəkildə qorunsun. Biz kimlərinsə hüquqlarını başqasının hüquqlarının məhdudlaşdırılması hesabına gerçəkləşdirə bilmərik?- deyə R.Aslanova vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51