Qazaxıstan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, oktyabrın 17-də Almatıda Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının (MNŞ) 61-ci iclası öz işinə başlayıb. Tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iştirak edir. Şuranın iclası Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun sədrliyi ilə keçirilir. İclasda MDB çərçivəsində hərbi sahədə əlaqələrin genişləndirilməsi ilə əlaqədar 20-dən artıq məsələnin müzakirə ediləcəyi gözlənilir. İclasın sonunda 2012-ci ilin fevralında MDB MNŞ-nin 20 illiyi ilə bağlı keçiriləcək iclasla əlaqədar birgə Bəyanatın qəbul olunacağı da gözlənilir.