üzeyir hamının Röya hesab etdiyi duet ortağını üzə çıxaracaq
Bir vaxtlar Namiq Qaraçuxurlu və Hüseyn Dəryanın qazandığı populyarlığı hazırda mahnıları gənclərin dilində əzbər olan Üzeyir Medizadə yaşayır. Özü söz yazıb, özü bəstələyib, özü oxuyan müğənninin verdiyi məlumata görə, Üzeyir öz populyarlığını sübut etmək üçün pərəstişkarları ilə görüşə hazırlaşır. Populyar ifaçını konsertində həmkarları da tək qoymayacaq. Kimlərin qonaq qismində iştirak edəcəyini sirr saxlayan Üzeyir bir çoxlarının Röyaya bənzətdiyi duet ortağını konsertində tamaşaçılara təqdim edəcəyini söz verir.
Gənc ifaçı 27 dekabrda 2 seanslıq "Mənə gəl" adlı solo konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Konsertin birinci seansı saat 15:00-da, ikinci seansı 17:00-da olacaq.
Konsert Bakı şəhəri Əl Oyunları İdman Sarayında reallaşacaq. Biletlər noyabrın 20-dən satışda olacaq. Əgər dekabrın 10-na kimi biletlər satılsa və əlavə müraciətlər olsa, təşkilatçılar 28 dekabr tarixində də 2 seanslıq konsertin keçirilməsinə şərait yaradacaqlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47