İctimai Palatanın Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyəti qarşısına bugünə təyin etdiyi piket keçirilib. Aksiya zamanı Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Məclis üzvü Mustafa Hacıbəyli, Müsavat Gənclər Təşkilatının üzvləri Rauf Məmmədli, Elnur Əsgərov, Kərim Ağarzayev, Amid Suleymanov, Cavid Ələkbərov, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev polis tərəfindən saxlanılaraq, Səbail rayonundakı 9-cu polis bölməsinə aparılıblar. Piket zamanı piketçilər tərəfindən "Siyasi məhbuslara azadlıq" və "Sərbəst toplaşmaq hüququ təmin edilsin" şüarları ilə metronun "İçərişəhər" stansiyasının qarşısından Bakı şəhər İcra Hakimiyyətinin qarşısına qədər yürüş ediblər. Yürüşün qarşısı polislərin zorakılığı ilə alınıb.