Bu gün İstanbulda helikopter qəzaya uğrayıb.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki,  helikopter Xəlil İbrahim Ömər adlı iş adamına məxsus olub.

Məlumata görə, helikopteri ildırım vurub: "Helikopterdə olan Xəlil İbrahim Ömərlə pilot İsmət Özgür dənizə düşüblər. Onları dənizdə olan balıqçılar xilas edib. Hər iki yaralı xəstəxanaya çatdırılıb”.

Son məlumata görə,  Xəlil İbrahim Ömərin vəziyyəti ağırdır.