Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) gələn ilin may ayında Bakıda keçiriləcək ?Eurovision-2012? mahnı müsabiqəsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən hotellərdə monitorinq aparacaq. Komitə sədri Ramiz Həsənov bildirib ki, artıq hotellərə məktub göndərilib ki, fəaliyyətlərini və xidmət səviyyələrini müəyyən vaxta qədər qəbul olunmuş beynəlxalq standartlara uyğunlaşdırsınlar. Onun sözlərinə görə, iki aydan sonra hotellərdə monitorinqlərə başlamaq niyyətindədirlər.