ABŞ prezidenti Donald Tramp bu gün jurnalistlərin suallarını cavablandırıb.

Mia.az xarici mətbuata istinadən bildirir ki, Tramp Robert Vudvordun "Qorxu. Tramp Ağ Evdə" adlı kitabında yer alan məlumatların tamamilə yalan olduğunu deyib.

O, qeyd edib ki, heç vaxt Suriya prezidenti Əsədə sui-qəsd məsələsini gündəmə gətirməyib.

Daha sonra  Rusiya və İranın dəstəklədiyi Əsəd ordusunun İdlibə gözlənilən hücumuna toxunan ABŞ prezidenti deyib ki, əgər rejim qüvvələri şəhərdə qətliam törədərsə, bu, Amerikanı həddən artıq qəzəbləndirəcək.

BMT-nin sentyabrın 26-da baş tutacaq islasına sədrlik edəcəyinə də işarə vuran Tramp bildirib ki, həmin toplantə ərəfəsində İran prezidenti ilə görüşə bilər: "Ruhani ilə görüşmək imkansız deyil".

Mia.az