S-400 zenit raket komplekslərini almaq üçün Ankara heç kimdən icazə istəməyəcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
"Biz Rusiya ilə S-400-lərlə bağlı müqavilə imzalamışıq. Bu bəzilərini narahat edir. Bağışlayın, ancaq biz kimdənsə icazə almayacağıq”, - Ərdoğan bildirib/Axar.az.
Xatırladaq ki, ABŞ israrla Türkiyənin Rusiyadan bu raket kompleksinin alınmasına qarşı çıxır.
Ötən həftə ABŞ-ın Müdafiə naziri Ceyms Mettis də bəyanat verərək, bu raketlərin alınmasının narahatlıq doğurduğunu bəyan edib.
Mia.az