Trampın Türkiyə ilə münasibətləri kritik həddə çatdırdığı bir məqamda ABŞ Konqresinin 3 üzvü bu gün Ankaraya səfər edib.
Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, hər üç konqresmen əvvəlcə İncirlikdəki hərbi bazaya baş çəkiblər.
Onlar daha sonra Türkiyənin Xarici İşlər və Müdafiə nazirliklərinin nümayəndələri ilə təxmini bir saatlıq görüş keçiriblər.
Məlumata görə, konqresmenlər Türkiyənin Rusiyadan alacağı "S-400” reket sistemindən imtina edəcəyi halda, Trampın qadağa qoyduğu "F-35” qırıcılarının Ankaraya verilə biləcəyini deyiblər: "Lakin Ankara ABŞ rəhbərliyinin Türkiyəyə qarşı hazırkı mövqe ilə yanaşı, Amerikanı PKK və FETÖ-ya qarşı münasibətdə strateji müttəfiqliyə sığmayan addım atmaqda günahlandırıb. Və bu münasibətin dəyişməsinin vacibliyini qabardıblar".
Türkiyə mətbuatının iddiasına görə, görüşdə Trampın açıqlamaları da müzakirə olunub.
Lakin sonda tərəflərin ortaq razılığa gəlib-gəlmədiyi haqda hər hansı açıqlama verilməyib.
Mia.az