Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Böyük Britaniyanın baş naziri Tereza Meylə telefonda müzakirə aparıb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar iki ölkə arasındakı əlaqələrin hazırkı durumunu, bölgələrdəki vəziyyəti, o cümlədən Suriyada baş verən son hadisələri müzakirə ediblər.
İki lider ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyadan sonra Türkiyə iqtisadiyyatındakı dalğalanmanı da müzakirə ediblər. Qərara gəliblər ki, iki ölkənin xəzinə və maliyyə nazirlər qısa bir zamanda görüşüb, çıxış yolları ilə bağlı qarşılıqlı məsləhətləşsinlər.