AMiP Qadınlar Təzkilatının yeni sədri seçilib
AMİP Qadınlar Təşkilatının Konfransı keçirilib. Konfransda təşkilatı məsələyə baxılıb və bu qurumun fəaliyyət proqramı təsdiqlənib. Səs vermənin nətiçələrinə görə, Aminə Vəliyeva AMİP Qadınlar Təşkilatının yeni sədri seçilib. Eyni zamanda Nigar Əlicanlı təşkilat, Nüşabə Bədəlzadə ictimayətlə əlaqələr, Sənubər İsayeva ideologiya, Suqra Nəcəfova isə beynəlxalq məsələlər üzrə müavin postlarına təyinat alıblar.
Konfransın sonunda bəyanat qəbul olunub. Bəyanatda Azərbaycan qadınlarına ictimai-siyasi proseslərdə daha fəal iştirak etməyə, demokratik və hüquqi cəmiyyətin qurulması uğrunda gedən mübarizədə bir qədər də aktiv olmağa çağırış öz əksini tapıb.
Eyni zamanda hakimiyyətdən siyasi məhbusların tezliklə azadlığa buraxılması tələbi qoyulub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51