?Eurovision-2012?nin ilkin dinləmələri bazlayır
"Eurovision Mahnı Müsabiqəsi-2012" üçün milli seçim turuna sənəd vermiş iştirakçıların ilkin dinləmələri başlayır. İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) bildirilib ki, noyabrın 3, 5, 7-də sənədləri gəbul olunmuş 119 nəfər iştirakçı İctimai Televiziyada ilkin dinləmələrdən keçəcək.
Dinləmələr 3 qrupa bölünəcək. İlk qrup noyabrın 3-də çıxış edəcək. Çıxışlarda hər iştirakçı öz səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək 2 mahnı ifa etməlidir. Bu dinləmələrdən keçən şəxslər Milli seçim turunun əsas mərhələsinə qatılacaq və İctimai Televiziyanın canlı efirində yarışacaqlar.
Milli seçim ötənilki qayda ilə aparılacaq. Azərbaycanın Eurovision-2012 təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək. 57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47