Türkiyəyə iqtisadi təzyiq göstərməyin heç bir perspektivi yoxdur.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparılır:
"Bütün bunlara fikir verməyin. Əgər onların dollarları varsa, bizim də xalqımız, haqqımız və Allahımız var”.
Qeyd edək ki, Türkiyə-ABŞ gərginliyi fonunda lirə dollar qarşısında rekord həddə ucuzlaşıb. Dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb.