Avqustun 5-də Venesuela prezidenti Nikolas Maduroya sui-qəsd edilib.  

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı prezident Nikolas Maduronun olduğu tribunaya doğru pilotsuz uçan aparat yönəlib. Lakin polis PUA-nı vaxtında zərərsizləşdirməyə nail olub. 

 Hadisə nəticəsində prezident və onun yaxınları xəsarət almayıb. Lakin mərasimin bir neçə iştirakçısı yaralanıb.  

Prezident Nikolas Maduro təxliyə edilib və təhlükəsiz yerə aparılıb.