Türkiyə prezidenti Ərdoğan ABŞ-ın iki türk nazirinə sanksiya tətbiqinə ilk dəfə reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, Ankarada keçirilən partiyasının toplantısında ABŞ-ın qərarının qarşılığını verəcəklərini bəyan edib: "ABŞ rahib Brunsonla bağlı bizə qarşı çox böyük hörmətsizlik etdi. Rahiblə "Xalqbank"ın müdir müavinin dəyişdirilməsi müzakirə mövzusu deyil. ABŞ bizim iki nazirə necə davrandısa, biz də onların ədalət və daxili işlər nazirlərinə qarşı eyni addımı atıb, onların mal varlıqlarına sanksiya tətbiq edəcəyik".

Mia.az