ABŞ-ın ticarət nümayəndəsi Cefri Ceriş bildirib ki, Amerika hökuməti Türkiyənin idxal üçün imtiyaz proqramında (GSP) iştirakına yenidən baxır.
TASS xəbər verir ki, bu barədə Birləşmiş Ştatların ticarət nümayəndəliyinin saytında dərc olunmuş press-relizdə bildirilir.
"Tramp administrasiyası Türkiyənin GSP-yə daxil olmaq meyarlarına riayət etməsindən narahatdır. Biz ümid edirik ki, Türkiyə onun ABŞ-ın rüsumsuz bazarına daxil olmasına yenidən baxmasına gətirb çıxara biləcək fikir ayrılığının həlli üçün bizimlə işləyəcək", - deyə Ceriş əlavə edib.
Bəyanatda həmçinin qeyd olunur ki, Türkiyə ABŞ-dan idxalata 1,78 milyard dollar məbləğində əlavə tariflər tətbiq edib.