Azərbaycanda 2011-ci ildə inflyasiyanın 9,3% səviyyəsində olacağı proqnozlaşdırılır. Bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə hazırladığı son icmalında yer alıb. Regiona daxil olan MDB ölkələri arasında bu il ən yüksək inflyasiyanın Qırğızıstanda (19,1%), ən aşağı göstəricinin isə Türkmənistanda (6,1%) olacağı gözlənilir. Gələn il üçün BVF ən yüksək inflyasiyanı Özbəkistan (11,8%), ən aşağı göstəricini isə Ermənistan (3,3%) üçün proqnozlaşdırılır. Azərbaycanda isə gələn il inflyasiyanın 10,3% olacağı gözlənilir.