"Tarif şurasının qərarına yenə cəmiyyət susqunluqla refleks göstərir. İndi də müxalifət qınanacaq? Pensiya reformunda da belə oldu. Axı, bu addımlar sırf sosial, əhalinin əksəriyyətinin marağına toxunan qərarlardır. Nədənsə, insanlarımız kiminsə onların problemini həll edəcəyini gözləyir...".

Mia.az xəbər verir ki, bu fikirləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev irəli sürüb. O bildirib ki, bu gözləntilərin hamısı yanlışdır. 

"Cəmiyyətin iradəsi görünməlidir, təşkilatlanmağı bacarmalıdır toplum. Partiyalar da pislikdə, liderlər də yaramazlıqda qınanıla bilər. Amma xalq müsəlləh olsa, nə əvvəlkilər "pis" olar, nə də hakimiyyət ağlına gələni etməz. Ona görə də, əziz və dəyərli millətim, təşkilatlan! Təşkilatlan ki, səni siyasilər nəzərə alsın, səninlə hesablaşsın.... Günahı da heç kəsə yükləmə. Sən meydandan çəkilən gündən müşküllərin artıb. Dönməlisən ki, azalsın. Biz övladlarımıza belə Vətən arzulamadıq, saxlaya da bilmərik...".