Müsavat Partiyasının başqanı Arif Hacılı Bakıdakı Uroloji Mərkəzə yerləşdirilib.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Report"a açıqlamasında deyib ki, hazırda Arif Hacılı hər iki böyrəyindən əməliyyat olunur: "Onun böyrəklərindəki daş lazer üsulu ilə xırdalanır. Əməliyyat davam edir".

O bildirib ki, Müsavat başqanının səhhəti normaldır.