Türkiyə ilə ABŞ arasında İzmirdə həbs edilən və bir neçə gün əvvəl ev dustaqlığına buraxılan rahib Brunsona görə gərginlik böyüyür.

Mia.az xarici mətbuata istinadən bildirir ki, bu gün ABŞ-ın vitse-prezident  Mayk Pens Türkiyəni rahibə görə növbəti dəfə sanksiya ilə hədələyib: "Əgər o, tamam azadlığa buraxılmazsa, o zaman sanksiyaya hazırıq".

Bu arada isə ABŞ-ın Türkiyəyə F-35 son nəsil qırıcı təyyarələrin verilməsini dayandırmaq istəyinə Türkiyə Prezidenti Ərdoğandan sərt reaksiya gəlib. Ərdoğan bildirib ki, ABŞ müqaviləyə görə, həmin təyyarələri verməlidir: "Əgər verməzlərsə, Türkiyə beynəlxalq məhkəməyə üz tutacaq".

Mia.az