Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a çox açıq mesajlar göndərib.
Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğan ev dustaqlığına buraxılmış amerikalı rahib Bransonun tam azad edilməsi ilə bağlı ABŞ-ın tələblərinə rədd cavabı verib.
O, bildirib ki, ABŞ Türkiyəyə qarşı psixoloji savaş aparır: "Amma ABŞ sanksiyalarla Türkiyəni geri çəkdirə bilməz. Tam əksinə, Türkiyə kimi çox səmimi bir müttəfiqini itirə bilər".
Ərdoğan bildirib ki, Bransonun FETÖ lideri Fətullah Gülənlə dəyişdirilməsi də heç vaxt müzakirə mövzuları olmayıb: "Yenə deyirəm, Türkiyənin ABŞ-la münasibətlərində problem yoxdur. ABŞ-ın varsa, bu, artıq bizlik deyil, Trampın həll edəcəyi problemdir".
Qeyd edək ki, Tramp və ABŞ-ın vitse-prezidenti Brunsonun tam azadlığa buraxlmasını tələb edirlər. Əks halda onlar Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəyini bildiriblər.
Mia.az