Türkiyə xarici dövlətlərdən yardım istədi
Türkiyə hökuməti Van bölgəsində baş vermiş zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün xarici dövlətlərdən yardım istəyib. Türkiyə hökuməti əvvəllər zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün kömək etməyə hazır olduqlarını bəyan edən 30 ölkəyə ümumilikdə müraciət ünvanlayıb.
BunlarRusiya, Yaponiya, Çin, ABŞ, Ermənistan, İsrail və Avropa Birliyi dövlətləridir. Türkiyə xarici işlər naziri öz yardım əlini Türkiyəyə uzatmaq istəyən digər dövlətlərdən də köməyi qəbul etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, oktyabrın 24-də Türkiyənin Van bölgəsində baş verən 7,2 bal gücündə zələzələ nəticəsində 449 nəfər ölüb. Yüzlərlə insan yaralanıb, minlərlə bina yerlə bir olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50