Gürcüstanın Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Qriqol Nemsadze işdən çıxarılıb. 

"Sputnik” xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze sərəncam imzalayıb.

Hökumət başçısı ölkənin daha 4 bölgəsinin-Şida Kartli, Samtsex-Cavaxetiya, Sameqrelo-Zemo Svaneti və Mtsxeta-Mtianetinin qubernatorlarını da tutduqları vəzifədən azad edilib.