ABŞ-ın keçən il beynəlxalq ticarətdəki itkiləri 817 milyard dollar təşkil edib.

TASS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində məlumat verib.

"Hər dəfə növbəti zəif siyasətçinin ticarət danışıqlarını dayandırmaq və ədalətsiz tariflərə qarşı mübarizə üçün rüsumların ləğv etmək tələbini eşidəndə, öz-özümə təəccüblə fikirləşirəm ki, görəsən, onlar nə barədə düşünür? Həqiqətənmi, fəaliyyətsiz qalmağa davam edib fermerlərimizin, ölkəmizin qarət edilməsinə imkan verəcəyik? Ötən il digər ölkələrlə ticarətdə 817 milyard dollar itirmişik. Heç bir zəiflik göstərmək olmaz!", - D.Tramp yazıb/Report.