Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilir. Bu saatlarda eks-prezidentlərlə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb. ?Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında? qanun layihəsini parlamentə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Hazırda qanun layihəsilə bağlı dinləmələr başlayıb. Müzakirələr zamanı deputat Vahid Əhmədov sual edib ki, bu qanun Azərbaycanın keçmiş prezidentləri olmuş hər üç şəxsə şamil olunacaqmı. Cavabında Əli Hüseynli bildirib ki, qanun Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında vəzifəsindən uzaqlaşdırılmış prezidentə şamil oluna bilməz. Azərbaycnın hər üç eks-prezidenti barəsində isə belə bir hadisə baş verməyib. Spiker Oqtay Əsədov da deyib ki, müzakirə olunan qanun Azərbaycanın hər üç eks-prezidentinə şamil olunacaq.