Azərbaycanın ?Bank of Baku? ASC Qurban bayramı münasibəti ilə yeni ?Faizsiz pul krediti? kampaniyasına start verib. Bankın baş ofisindən verilən məlumata görə, ?Faizsiz pul krediti? kampaniyasından ?Bank of Baku?nun bütün təkrar və yeni müştəriləri yararlana bilərlər. Kampaniyanın əsas üstünlüklərindən biri, nağd krediti rəsmiləşdirərkən illik faiz dərəcəsinin 0% təşkil etməsidir. ?Faizsiz pul krediti? kampaniyasının şərtlərinə əsasən, kredit 6 ay müddətinə verilir, maksimal məbləğ isə 1000 manat (ilkin komissiya məbləği tutulduqdan sonra) təşkil edir. Üstəlik, bankın təkrar müştərilərinə kreditin rəsmiləşdirilməsi zamanı iş yerindən arayış tələb olunmur. Qeyd edək ki, kampaniya noyabrın 4-dək davam edəcək. Xatırladaq ki, ?Bank of Baku? ASC 1994-cü ilin fevral ayında ?Tuqay Bank? adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin ?NAB Dış Ticarət? şirkəti və bir neçə fiziki şəxs çıxış edir.